«Bizə qarşı yox, bizə dəstək olmağa çalışın, mənim keçmişimi bilib-bilmədən yarqılamaq düzgün deyil”.
Bu sözləri Roza Zərgərlinin oğlu, aktyor Corc Qafarov sosial şəbəkə hesabındakı müraciətdə deyib.
O, qeyd edib ki, uşaq evində böyüdüyü üçün evlə təmin olunub:
«Mən Latviyada doğulmuşam, amma Azərbaycanda böyüdüyüm üçün özümü azərbaycanlı hesab edirəm. Mən bir-iki məsələyə açıqlama gətirmək istəyirəm. Bu, mənə və qardaşıma dövlət tərəfindən mənzilin verilməsi ilə bağlıdır. Birincisi, mənim və qardaşımın evi yoxdur. İkincisi isə, Sosial Xidmətlər Agentliyi daşınmaz əmlakın olub-olmamasını araşdırıb. Biz iki qardaşa ayrı-ayrılıqda mənzillərin təqdim olunması ilə bağlı sənəd imzalayıb. Biz uşaq evində böyümüşük. Bunları deyirəm ki, başa düşəsizin, elə şərhlər yazmayasınız. Dövlət himayəsində böyümüşük, dövlət də bizə çox gözəl baxıb. Oranın məzunu olduğumuz üçün biz dövlət tərəfindən mənzillə təmin olunmuşuq. Çünki mən anamı da, atamı itirmişəm və dövlət himayəsində böyümüşəm. Buna görə də mən mənzillə təmin olunmuşam. Bu da cənab Prezident İlham Əliyevin Sərəncamı ilə olan bir məsələdir. Dövlətimizi təşəkkür edirəm, insanlar, sizə də təşəkkür edirəm, təbriklər üçün”.
Aktyor həmçinin qeyd edib ki, yazılan bəzi şərhlər xoşagəlməzdir:
«Amma bəzi xoşagəlməz şərhlər yazılır, bu, mənim xoşuma gəlmir. Mən uşaq evində qaldığım müddətdə 10 yaşından aktyorluq sənətinə başlamışam. Artıq 18 ildir ki, bu sənətdəyəm. Heç vaxt da kiməsə zərər verməmişəm. Xahiş edirəm, bizə qarşı yox, bizə dəstək olmağa çalışın. Bizim Azərbaycanda hər hansı uğurlarımız varsa, onları işıqlandırmağa çalışın. Mənim gələcəklə bağlı planlarıma dəstək olun. Mənim keçmişimi bilib-bilmədən yarqılamaq düzgün deyil. Bir insan olaraq heç kim məni tanımır, sosial durumumu heç kim bilmir. Mən və qardaşımın evi yoxdur, sağ olsun dövlət ki, bizi mənzillə təmin etdi”.