Xırdalanda 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya qızıl alınmasına dair müzakirələr davam edir.
Aydınlıq.az Yenisabah.az-a istinadən xəbər verir ki, hədiyyə müzakirəsinə şairə Nazilə Səfərli də təpki göstərib.
O, müəllimə haqq qazandıraraq, küçə qadınlarına verilən hədiyyələrin araşdırılmasını vacib sayıb:
«Yazıq müəllimlər… Küçə qadınlarına ən bahalı hədiyyələr verənləri araşdırsınlar. Bu müəllimin özəl günününə alınıb. Nə alsın, qaloş?! Müəllimə yaxşı şeylər niyə qadağandır? Qızılın qabından da çox bahalı olmadığı görünür. Lap 1000 manat düşünək, çoxdur ki? Ömrü gedib yazıq müəllimin».
Teleaparıcı Tarix Əliyev (Tolik) isə Nazilənin bu şərhinə sərt reaksiya verib:
«Nazilə, burada «yandırdın». Küçə qadını ilə müəllimi bir tutmağından bilindi ki, heç özün də bilmədin nə dedin. Bu, müəllimin borcudur! Müəllim buna görə dövlətdən pul alır. Valideynin müəllimin atasına borcu yoxdur ki, gedib ona qızıl alsın! Ona qızılı oğlu, qızı alsın.
Bu gün acgöz müəllimlərin əksəriyyəti məktəbdə dərs keçmir, deyir gəl evə, hazırlığa. Allah gözlərini doyursun! Həmin müəllim mütləq cəzasını almalıdır. Ona töhmət verilməsə, deməli, balıq başdan iylənir».