“Başıma gələn hadisənin üzərindən 2 saat vaxt keçmişdi. Amma vecimə də deyil idi. Hadisədir də, baş verdi. Lakin çönüb arxaya baxanda gördüm ki, mən təkəm”.
OLAY yazır ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Rəngarəng” verilişində deyib.
Bir neçə həftə əvvəl toyların birində hücuma məruz qalaraq barmağı sınan sənətçi başına gələn xoşagəlməz hadisədən sonra yaşadıqlarını dilə gətirib:
“Hadisədən sonra evə getdim. Qapını açanda oğlum yekə bir vərəğə “Ata xoş gəldin. Səni çox sevirəm” sözlərini yazmışdı. Onda həqiqətəndə ayaqlarım yerə çökdü. Düşündüm ki, bu nə idi başıma gəldi. Dizim yerə dəydi. Bir anlıq oldu. Anlamadım ki, axı bu nə idi baş verdi. Bu əslində olmamalıdır. Sən axı necə bir insan, müğənni olduğunu bilirsən. Mənə və bir sıra müğənni dostlarıma sosial şəbəkədə yazılan 150-200 şərh 10 milyon əhali deyil. Bu şərhlərə görə heç kimə yan gözlə baxmaq olmaz. Bizdə illər danışır. Bizdə 20-25 il danışır. Bu hadisə olmalı idi, oldu. İçkili insanlar idi… Amma bu hadisə məni qardaşıma qovuşdurdu. İnsanlar mənə bu hadisə də dəstək çıxdılar. Kərim canlı oxuya bilmir sözləri mənə yapışa bilməz. Çünki mən 25 ildir ki, el şənliklərində çıxış edirəm. Bakının yarısının toyunu mən oxumuşam. İndi isə mən o 25 il əvvəl oxuduğum o insanların balalarının məclislərini oxuyuram. Buna görə də çox xoşbəxtəm”.