Kənandan Azər Zahidə dəstək : “Elə şey eləməz”

Kənandan Azər Zahidə dəstək : “Elə şey eləməz”
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, aparıcı Azər Zahid Vətən Müharibəsi qazisinə maddi yardım paketi təqdim edib.

Sosial şəbəkədə yayılan görüntüdə aparıcının qaziyə “Sən onsuz da saya bilməyəcəksən” deməsi diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri görüntünü paylaşaraq Azər Zahidi tənqid atəşinə tutublar. 

Hadisə ilə bağlı tanınmış rejissor, aktyor Kənan M.M Yenisabah.az-a verdiyi açıqlamada bildirib ki, Azər Zahidin elə hərəkətə yol verdiyinə inanmır:

“Azər Zahid elə hərəkət eləməz. Açığı, mən ondan qazini təhqir eləməyi gözləmirəm”. 

Qazinin açıqlama verərək Azərin ondan üzr istəməli olduğunu istəməsinə isə Kənan M.M belə şərh verib:

“Əgər qazi Azərin elə hərəkət etdiyini təsdiq edib üzr istəməsini tələb edibsə yəqin ki, ağzından çıxıb. Azərin o qazidən üzr istəməyinə qalanda isə mən sizə yalnız özümdən misal gətirərək cavab verə bilərəm. Əgər hansısa qazi məndən üzr istəməyimi tələb etsəydi, ən cüzi səhvim belə olmuş olsaydı, gedib ondan üzr istəyərdim ki, könlü xoş olsun”

İlk yorumu siz yazın