Əməkdar artist Elza Seyidcahan mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı etiraflar edib.
Axşam.az xəbər verir ki, müğənni bu haqda «Retro Baku» verilişinə müsahibəsində danışıb. O bildirib ki, oğlu Ələkbərin toyunda İ.Quliyeva ona müğənni Xatirə İslama görə sərt sözlər deyib:
“Oğlumun toyuna İlhamə xanımı dəvət etdim. O, toyda günümü qara əskiyə bükdü. Dedi ki, Xalq artisti Nazpəri Dostəliyevanı, Xatirə İslamı və Xuraman Şuşalını niyə toya dəvət etmisən? Çağırdı məni və orada üstümə qışqırdı. Amma ölümünə yaxın başındakı tacını Xatirə İslamın başına qoydu».