Gülayla Kamil gizli boşandı — FOTOSƏNƏD

Gülayla Kamil gizli boşandı — FOTOSƏNƏD
Tarix : Oxunma : Yorum Yaz

Dəfələrlə mediada müğənni Gülay Zeynallı və həyat yoldaşı Kamil Zeynallının boşanması barədə xəbərlər yayılsa da, onlar bunu inkar edib.


PARLA-nın əldə etdiyi məlumata görə, cütlüyün rəsmi boşanması aylar öncə gerçəkləşib. Belə ki, Gülay Zeynallı ötən il oktyabrın 24-ü vəsiqəsini yeniləyib. Orada ailə vəziyyəti “subay” deyə qeyd edilib. Onun ailə üzvləri sırasında yalnız qızı Sahilənin adı yer alıb.


Kamil Zeynallı isə şəxsiyyət vəsiqəsini 2019-cu ilin 13 dekabrında dəyişib. Onun ailə vəziyyəti “evli” olaraq saxlanılsa da, rəsmi sənədlərdə ailə üzvləri sırasında yalnız qızı Sahilə var.


2010-cu ilədək Göyçay rayonunda qeydiyyatda olan K.Zeynallı həmin ildən sonra Gülayın Əhmədli qəsəbəsi ərazisində yerləşən evində qeydiyyata düşüb. Hələ də orada qeydiyyatdadır.


Digər maraqlı məqam isə idmançının soyadı və ata adı ilə bağlıdır. Belə ki, cütlük 2011-ci ildə ailə quranda idmançı Kərimov Kamil Hüseyn oğlu adını daşıyıb, müğənni də nikahdan sonra rəsmi sənədlərdə Gülay Kərimova adlandırılıb. Daha sonra idmançının ata adı və soyadı dəyişdirilib. O, məhz bundan sonra Zeynallı soyadını daşıyıb. Gülay da yenidən soyadını dəyişməyə məcbur qalıb.


Qeyd edək ki, cütlüyün boşanması bir neçə ildir müzakirə olunur. Buna zəmin yaradan isə onların ayrı evlərdə yaşaması, Kamilin qızı ilə daha çox evdən yox, restoran, bağça və digər yerlərdən paylaşım etməsi, Gülayın idmançı həbs olunarkən sosial mediada və mediada sərgilədiyi davranışlardır.


Demokrat.az

İlk yorumu siz yazın