Flora həmkarı barədə: “30 yaşında kişiləri evinə salır… Utanmırsan?”

Flora həmkarı barədə: “30 yaşında kişiləri evinə salır… Utanmırsan?”
Tarix : Oxunma : Yorum Yaz

«Yubileyim haqqında 3 saatlıq bədii sənədli film təqdim olunacaq. Yaxın günlərdə filmin prezentasiyası baş tutacaq. Filmin adı “Flora”dır».

Pravda.az xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova deyib. Müğənni bildirib ki, hazırda nəvəsinin yolunu gözləyir:

“Sentyabrda qızım və onun ailəsi gələcək. Oğlumdan iki böyük nəvəm var. Böyük nəvəm Faiqin azərbaycanlı qızla evlənməsini istəyirəm. Qızımdan olan balaca nəvəm isə dörd  aylıqdır. Səbrsizliklə onun yolunu gözləyirəm. Bütün günü onun şəkili ilə oynayıram. İlk nəvələrimi oğlumdan görmüşəm, bu da ahıl yaşıma düşdü.  Azərbaycan dilini, musiqisini eşidən kimi,  sevinir. Qızım deyir ki, bu müğənni olacaq. Düzü,  mən qızımın müğənni olmasına icazə vermədim, ancaq nəvəmin müğənni olmasında dəstək olacam».

Xalq artisti həmçinin müğənni Afət Fərmanqızı və jurnalist Ülviyyə Alovlu tərəfindən verilmiş şikayətləri məhkəmə  tərəfindən əsassız  hesab edərək icraata qəbul etməsindən də danışıb:

“Bu qız (Afət Fərmanqızı – red.) başıma bəla oldu. Onu məhkəməyə dəvət etdilər, lakin  gəlmədi. Sonda  Afəti axtarışa verdilər. Şikayətçi deyilsən?  gəl,  görək də nədir dərdin? Səni qanun çağırır ki, gəl, gəlməlisən. Demirsən Flora pis adamdır, gəl sübut elə. Qorxursansa, sübut edə bilmirsənsə, dilini sakit saxlayardın. Evini, maşını, məclislərini atıb gedib Rusiyaya. Allah bilir indi o, Rusiyanın hansı ucqar şəhərdindədir.  Eşitdiyimə görə,  çətin dolanır. Məncə ola bilər,  özgə ölkədə qazancı yox, haqışta deyə-deyə Rusiyada nə qazanacaq?

Mən deyilənlərə inanıram.  Çünki xaricdə yaşamaq,  dolanmaq çətindir. Onun bu halına ürəyim yanır. Həyatına qiymət verməyən qadınlara ürəyim yanır. Yazığım gəlmir,  sadəcə ürəyim yanır.  Axı, sən bunu eləməyə bilərdin. Bir müddət mən onun dediklərinə susdum. Dedim, anadır, qadındır anlayar. Bəlkə mənim sakit münasibətim onu pıçıldadıkı, Flora partlayanda bərk partlayır. Bunların heç birini nəzərə almadı.

Ondan sonra dedim ki, qoy məni məhkəməyə versin. İndi vermisən məhkəməyə. İşlər başlayan kimi qaçdın. Məndə sənin sözündən çıxmadım, sənin ürəyindən keçəni həyata  keçirdim. İndi  məhkəməyə niyə gəlmirsən, cavab vermirsən. Cavab ver,  sonra da  qanun nə yazsa, qismətini  yaşa. Sonra da ölkəni rahat şəklində gəz. O,  mənim səssizliyimdən istifadə etdi.  Sənə  nə olub? Özündə yaxşı  bilirsən ki,  yalan danışırsan, orada-burada neçə dənə “akount” açdırır,  söydürür. Tək məni deyil,  sənət  dostumuz Nazənin xanımı  söydürür. Bunu niyə edirsən?  Bizimlə nə işin var. 

Nazənin xanımla dostluq elədi,  paltarını  geyindi,  yaxın oldu, onun evinə getmisən  və qürurla deyirdi ki, evli xanımla dostluq edirəm. Getdiyim yer elə-belə yer deyil. Sonra da başlayırsan arxasıyca danışmağa. Burada yanan sənsən, yediyin çörəyə tüpürdün.  Mən sənə nə pislik etmişəm?  “Nəsimi” ni elə oxumazdı. Mənim bir musiqiçi kimi ixtiyarım, nüfuzum var ki, buna  münasibət bildirim.  Mən bu millətin xalq artistiyəm. Bu ad hər hansı bir mahnıya fikir bildirməyə ixtiyar verir.

Sən isə mənə dişinin dibindən çıxanı deyirsən. Bilmirsən ki, dediklərinin arxasında dayanmaq lazımdır? Mənim övladlarım var, həmişə deyirəm ki, bir evin oğlu var,  gəlini –qızı var, nə vaxta kimi mən susum?! Çox gözləyirlər ki, mən bu dünyadan köçüm, o dərdi, ağırlığı, təhqirləri övladlarıma saxlayım? Xalq övladlarına mal-mülk, ziynət qoyur, mən isə söyüş qoyum?  Elə şey olar,  özü də  mənim kimi ana. 

İndiyə kimi bu ad üçün mübarizə aparmışam.  30 yaşında kişiləri evinə salır, özü bilir ki, nələrdən çıxır. Utanmırsan?! Mən sənə  bunu bağışlayaram? İndi  haradasa gedir parkda gəzir,  hansısa heyvan heykəlinin başında oturub yazır ki, “Aparın məni Azərbaycana”. Sən Azərbayacana gələ biləcəksən? Gəlsən də cavab verməlisən. Qanunla nə deyirlər,  onu burada icra elə, yatmaq lazımdır get yat, durmaq lazımdır dur qanun nə desə odur. O,  boyda söyüşlərə qanun nə qərar versə onu da et. Sonra da həyatını yaşa. Kim sənə  nə  deyir.  Ancaq  bir adam haqqında danışarkən düşünmək lazımdır».

Unikal

İlk yorumu siz yazın