Antalyada istirahətdə olan rəqqasə Fatimə Fətəliyevanın başına iş gəlib.
Axşam.az xəbər verir ki, sənətçinin səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Fatimə həmin an çəkilən görüntüsünü yayımlayaraq ona göz dəydiyini vurğulayıb.
O, paylaşımına «Gözünüzü çəkin. O qədər qəribədir ki, sənin travman sənin günahın deyil. Ancaq sağalmağın üçün bütün məsuliyyət sənin əlindədir» qısa şərhini yazıb.
Qeyd edək ki, Fatimə bir neçə gün əvvəl İstanbulda əməliyyat olunmuşdu.