Elnarə övladlarına TikTok-u qadağan edib

Elnarə övladlarına TikTok-u qadağan edib
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Elnarə Xəlilova övladlarına sosial şəbəkədən istifadəyə qadağa qoyub.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda MTV-yə açıqlamasında deyib. O bildirib ki, uşaqlarını TikTok-a girməyə qoymur:

«Məcbur hərəsinə bir telefon verdik ki, onlayn dərslərə girsinlər. İndi də çətindir onları telefondan ayrımaq. Edə biləcəyim ancaq qadağalar qoymaqdır: TikTok-a girməyin, instaqramda heç kimə yazmayın. Anlayıram ki, bu da bəlli vaxta qədərdir. Bəlli yaş həddinə çatandan sonra azad olacaqlar. Bu mühitdə özlərini də tapacaqlar.

Məndən yox, atalarından çəkinirlər. Atalarının səsi gələndə tir-yir əsirlər». 

İlk yorumu siz yazın