Elməddin xanımını niyə gizlədir?

Elməddin xanımını niyə gizlədir?
Tarix : Oxunma : Yorum Yaz

Aktyor və prodüser Elməddin Cəfərov xanımını gizlətmə səbəbindən danışıb.

OLAY yazır ki, o, bu barədə “Magazin Plus”a açıqlama verib.

Elməddin deyib ki, həyat yoldaşı ilə fotosunu sosial şəbəkələrdə paylaşmaq istəmir:

“Həyatda paylaşılan şeylər var, bir də paylaşılmayan. Mən işimi, istedadımı paylaşa bilərəm. Amma özümə aid olan şeylər, öz yaşadığımı yox. Məsələn, eləsi var yemək yeyəndə, ya da çiməndə paylaşım edir. Bunun tərəfdarı deyiləm. Yediyim yeməyi, ailəmlə evdəki söhbəti niyə paylaşım ki? Nə ehtiyac var?Tamaşaçıya aid olanları, layihələrimi, işimi paylaşa bilərəm”.

Qeyd edək ki, Cəfərovun iki oğlan övladı var.

İlk yorumu siz yazın