«İyunun 16-da Laçında konsert olacaq. Laçına artıq 20 ailə köçüb, həm də orada çalışanlar var. Onlar üçün çıxış edəcəyik».
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ehtiram Hüseynov «Səhər mərkəzi» verilişində deyib. O bildirib ki, Laçında ilk konsert verən ifaçı olacaq.
E.Hüseynov əlavə edib ki, icazə verildiyi halda köçüb orada yaşamağı düşünür:
«Yenidənqurma işləri gedir. İcazə veriləndə hamımız gedib Laçında yaşayacağıq».