Dünyadan evsiz köçən Novruz Qartal: “Belə əziyyət çəkməli deyildi“

Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərinin “İmamzadə” ziyarətgahında Əməkdar artist Novruz Qartalla vida mərasimi baş tutub.

Vida mərasimindən sonra Əməkdar artist Gəncənin “İmamzadə” ziyarətgahındakı qəbiristanlıqda dəfn olunub. 

Yenisabah.az-a həmkarının vəfatı ilə bağlı danışan Əməkdar artist Çingiz Əhmədov dəfn əyalətdə olduğu üçün bəzi sənət dostlarının vida mərasiminə qatıla bilmədiyini deyib:

“Mən xəstə olanda tez-tez yanına gedib ona baş çəkirdim. Lakin dəfn Gəncədə olduğu üçün biz ora gedə bilmədik. Oğlu ilə danışmışıq, üç və yeddi mərasimi Bakıda olacaq, bu məclisdə biz sənət dostları olaraq mütləq tirak edəcəyik”.

Dövlət Musiqili Teatrının aktyoru həmkarını hər zaman yaxşı insan kimi xatırladığını bildirib:

“Novruz Qartal kimi insan, onun kimi aktyor yox idi, mən çox təəssüf edirəm… Biz itirə-itirə gedirik, sənət dostları olaraq bizim üçün həqiqətən çox çətindir. Mən bilirəm ki, bir də elə insan görməyəcəyəm.O həm də gözəl ailə başçısı, evcanlı insan idi. Təəssüf ki, evi yox idi. Bu da teatr rəhbərliyi tərəfindən oldu ki, o vaxtında çox şey ala bilmədi. O artıq bu yaşında Xalq artisti fəxri adını, evini, təqaüdünü almalı idi. O, bu yaşında belə əziyyət çəkməli deyildi, ayağını ayağının üstünə qoymalı idi, çünki onun bu sənətdə xidmətləri çox böyük idi. Allah ona rəhmət eləsin”.

İlk yorumu siz yazın