“Doğuş bir saat brendinin xəstəsidir. Bir dəfə mənə dedi ki, gedək, kassaya saat götürəcəm. Baxdım ki, nə qədər o saatdan var”.
OLAY yazır ki, bu sözləri “Günaydın Azərbaycan”da aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı müğənni Doğuş haqda söyləyib. O, deyib ki, həm də bahalı hədiyyələri xoşlamır:
“Vaxtında Avropadan alıb, hədiyyə ediblər. Mənim də ona ilk hədiyyəm saat olub. “Duty Free”dən almışdım, ucuz da deyildi. Baxdı, dedi ki, təşəkkür edirəm. Sonra gözləyirəm, saatı taxsın. Günlərin bir günü dedim ki, o saatdan niyə istifadə etmirsən. Söylədi ki, sən görmüsən, mən o markadan başqa saat taxım? Sonra da məni apardı həmin kassaya… Onda gördüm ki, nə alsam da, bəyənməz”.