“Nazirliklərdə rütbə, fərxi ad 3-5 il arasında verilir. Niyə mən 17 ildir ki, əməkdar artist statusunda qalıram ? Peşman olublarsa, geri qaytarsınlar”.
Bu sözləri “Sherg.az”a açıqlamasında əməkdar artist, müğənni Cavanşir Məmmədov deyib. Müğənni fəxri adların verilməsi məsələsinə toxunub:“Ulu Öndərin təqdimatında səhnəyə gəlmişəm. Şəkillərim, sənədlərim var. Bəyənirlərsə, niyə ad vermirlər? Cənab nazirdən asılı deyil. O təzə gəlib. Yəqin, xətrimi çox istəyir. Elə xalq artistləri var ki, Moskvadan o tərəfə keçməyiblər. Bu, necə olur? 18 yaşımdan səhnədəyəm, xidmət etmişəm, öz haqqımı istəyirəm. Bəlkə, səhnə mədəniyyətim zəifdir? 151 mahnı oxumuşam, 121-i bəstəkar mahnısıdır. Azərbaycan muğamlarını, bəstəkar və estrada musiqilərimizi barmağım kimi bilirəm. Həm xalq, həm də estrada musiqilərini bilən yeganə müğənniyəm».