«Burada özümə nə reklam, nə də xal qazanmaq fikrindəyəm. Amma onu bilirəm ki, İranda Azərbaycan qanı daşıyan 40 milyon azərbaycanlı var. Onlar bizi hər zaman özlərindən bilirlər».
Axşam.az xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə yazıb. O, aparıcı Zaur Kamalın Cənubi Azərbaycandan olan müğənni Afşin Azərini proqramdan qovmasına münasibət bildirib.
«Afşini dəfələrlə efirimə dəvət etmişəm. Zaur da bu gün növbəti dəfə Afşini öz verilişinə çağırıb. Amma illərlə televiziyada öz tamaşaçı kütləsini yığan və özü dediyi kimi İranda yaşayan həmvətənlərimizin izlədiyi bir verilişdə azərbaycanlı olsa da, ölkəmizdə qonaq olan tanınmış bir sənətçini canlı efirdən qovmaq həm kanal, həm də ölkə adına tərbiyəsizlikdir.
Sabah İranda yaşayan erməni deyəcək ki, bəs deyirdiz öz vətənimizdir?! Bu da vətəninizdə sənətçinizi efirdən qovurlar. Afşin, mən öz adımdan deyim ki, sən tərbiyən və səbrinlə bir çoxuna nümunə oldun. Yaşa. Bir də çox yaxşı dedin, kişi arasında olan söz elə kişi arasında qalar».
Qeyd edək ki, Zaur kamal «Həmin Zaur» verilişinə qonaq gələn Afşini efirdən qovub.