Müğənni İlahə Fəda məşhur «Gedəcəyəm» mahnısından qazandığı pulu açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi «Səhər mərkəzi» verilişində bu haqda bəhs edib. O bildirib ki, getdiyi bir toyda sözügedən mahnı üçün ona yüksək qonorar veriblər:
«10 min almışam. 21 il əvvəl oxumuşam, hələ də sevilir. Repertuarımda zəif mahnı yoxdur. Təvazökarlıq etməyəcəm, musiqi istedadım və zövqümlə fəxr edirəm».