«Ailə qurmaq, uşaq istəyirəm. Amma məni bu istəkdən soyudublar. Ana olmağı o qədər çox istəyirəm. Amma təəəssüf ki…».
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva «Xəbərin var?» verilişində deyib. Sənətçi ailə qurmaq istəyindən danışıb. Pərvin həyatında sevdiyi şəxs olduğunu deyib:
«Ailə qurmaq məcburi deyil. Diqqətimi çəkən biri var ki, başqası mənə lazım deyil. Deyirlər, bu qədər toya getmişəm, pul yazdırmışam. Bir modelə pul verim, gəlib otursun yanımda. O qədər saxta toy olur ki… Belə toya dəvət almışam da, amma getməmişəm».
Pərvin bəyəndiyi kişi obrazından söz açıb:
«Çox gülən, zarafat edən, hər söhbətə atdanban kişini sevmirəm. Kişi ciddi, qadın boşboğaz olmalıdır. Qadında şıltaqlıq olar, kişiyə bunu yaraşdırmıram.
Bunu deyəndə qadınlar məni qınayıram: mən güclü kişini sevirəm. Pulu, qolu yox, xasiyyət baxımından güclü olmalıdır».