Bakıda müğənninin ölümdən döndüyü avtoqəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda müğənninin ölümdən döndüyü avtoqəza ilə bağlı RƏSMİ AÇIQLAMA
Tarix : Oxunma : Yorum Yaz

İyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sürücü H.Zahidov idarə etdiyi «Opel» markalı avtomobillə Ş.Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan «Changan» markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtoyuma məntəqəsində çalışan bir nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib, tərəflərin izahatları alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Araşdırmalar Sabunçu Rayon Polis İdarəsində davam etdirilir.

İlk yorumu siz yazın