Müğənni Aysun İsmayılova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, o, «Instagram» hesabında «Wolt» qida çatdırılma şirkətini xeyli tənqid edib.
A. İsmayılovaya sifariş etdiyi yeməyi arzuolunmaz şəkildə gəlib çatıb:
«Bir çoxumuz Azərbaycanda yeməyi «Wolt»dan sifariş edirik. Biz də sizin kimi elə «Wolt»dan sifariş etdik. Sifarişi elə bir gündə gətiriblər ki, bərbad gündədir. Yəni, sos bütün tökülüb içinə, telefona da cavab vermirlər. Adamla elə kobud danışırlar ki, elə bil dədələrinə borcumuz var.
Əlavə olaraq da, orada kuryer 40 dəqiqədir restorandan çıxıb, 40 dəqiqəni 18 dəqiqədir yazıb. Bu nədir? Bu, necə sifariş gətirməkdir? Mən zibil yeyirəm burada? Bu nə deməkdir, başa düşmürəm…»
Qeyd edək ki, Aysun İsmayılova müğənni Rəqsanə İsmayılovanın qızıdır.