Türkiyənin pop ulduzu Hadise və iş adamı Mehmet Dinçerlerin ayrılıq səbəbi açıqlanıb.
OLAY yazır ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. İddiaya görə, M. Dinçerler may ayında nikah bağladıqdan sonra övlad sahibi olmaq istəyib. Lakin Hadise bu təklifi müsbət qarşılamayıb və iş qrafikinin sıxlığı səbəbindən ana olmağı müvəqqəti təxirə salmaq istədiyini bildirib.
Bu anlaşılmazlıq tərəflər arasında gərginliyin yaranması ilə nəticələnib.
Küsülü olan cütlüyü barışdırmaq üçün ailələr işə qarışıb, danışıqlar aparılır.