Xalq artist Brilliant Dadaşova Ülvira Qarayevanın Astar TV-də yayımlanan yutub layihəsinə qonaq olub.
OLAY yazır ki, sənətçi aparıcının “Atanızla yaxınlığınız ananızı itirdikdən sonra olub” sualını eşitdikdə isə göz yaşlarını saxlaya bilməyib:
“Anam rəhmətə gedəndə mən çox balaca idim. Mənim yaralarıma duz basma… İndi bəzən atalara baxıb, məəttəl qalıram. Bizim atamız tamam başqadır… Ümumiyyətlə, dərdimi deyən insan deyiləm, heç atama da demirdim, həmişə özümdə saxlayıram. Bu xasiyyətdir, yəgin ki, anam olsaydı da ona deməzdim. Bəlkə də öyrəşməmişəm dərdimi deməyə, bəlkə də dərdim yoxdur… Heç kimin qanını qaraltmaq istəməmişəm, özüm həll etmişəm problemlərimi. Ancaq sevincimi bölüşməyi xoşlamışam”.