Tanınmış aparıcı Vüsalə Əlizadənin bacısı əməliyyat olunub.
Aparıcı bununla bağlı sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, bacısı mədəkiçiltmə əməliyyatı olunub və indi özünü daha xoşbəxt hiss edir:
«Kim belə ürəklidir ki, bacısının mədəsini əlində saxlasın. Belə qızlar var. Mədənin kəsilən hissəsi kənarda şar kimi doldurulub, yəni böyük görüb qorxmayın. Bacım 1 aya 90 kiloqramdan 12 kq çəki atıb, həyat eşqi artıb, psixologiyası dəyişib. Daha özgüvənli və xoşbəxt olduğunu hiss edirəm”.