Əməkdar artist Elza Seyidcahan uşaqlıq dövründə yaşadığı çətinliklərdən danışıb.
OLAY yazır ki, Seyidcahan “Onun sirri” verilişində qonaq olarkən zibillikdən çanta götürdüyünü etiraf edib.
“Sentyabrın 1-i məktəbə geyinməyə paltarım yox idi. Anam bir qohumumuzdan mənim üçün ayaqqabı istədi, amma o, vermədi. Qonşumuz nəvəsinin ayaqqabısını verdi, bacımın köynək və ətəyini geyindim. Çantamın cəftəsi qırılmışdı. Kimsə anama dedi ki, zibillikdə bir çanta var, bəlkə onu Elza üçün götürəsən. Anam əvvəl razılaşmadı, sonra məcbur qalıb zibillikdəki çantanı götürüb cəftəsini mənim çantamın cəftəsi ilə dəyişdirdik”, — deyə, Əməkdar artist açıqlamasında qeyd edib.