Aktrisa: «Qayınatası onu başqa kişi ilə tutub» — Video

Aktrisa: «Qayınatası onu başqa kişi ilə tutub» — Video
Tarix : Oxunma : Yorum Yaz

Aktrisa Çimnaz Sultanova “Bizimləsən” verilişin efirində şikayətə gələn qadınla mübahisə edib.

Yenisabah.az xəbər verir ki, o, övladını atan qadına qəzəblənib:

“Sən yox, siz! Həddini aşma! Mən sənin üçün qohumların deyiləm. Baxmaram ki, televiziyadayam, durub səni… Sən nankor qadınsan. İnsanlar övlad üçün dua edirlər. Allah sənə iki uşaq verib. Həm də iki dəfə ərə getmisən, gəlin ediblər. Oradan da getmisən. Nə istəyirsən? Nə axtarırsan? İkinci ailəndən niyə getdin?”

Müzakirələrə səbəb olan verilişdən sonra Ç.Sultanova sosial şəbəkə hesabında bu barədə yazaraq qadınla mübahisəsinin detallarından bəhs edib:

“Emosional çıxışımın bir parçasını paylaşıblar, məni xalqa qəddar, ürəksiz insan kimi təqdim etməyə çalışırlar. Siz verilişə baxmısınızmı heç? Qazinin qızı gəlib verilişə, bir tərəfi iflic olan atasını şərləyərək ondan imtina edir. Vətən uğrunda döyüşən ataya ölüm arzulayan, “kaş atam öləydi” sözünü işlədən biri…

Ailəli olub, başqası ilə eşq yaşayırmış, əri tutub, boşanıb. Bunu ikinci dəfə alıblar, qayınatası onu başqa kişi ilə tutub. Bu qadın iki övladını atıb. Belə insane insan demək olar?!”

Həmin görüntüləri təqdim edirik:

İlk yorumu siz yazın