“Bax, buna deyərəm, «sənətdən itki».
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan mərhum müğənni Rəhim Rəhimlinin ünvanına yazıb. O bildirib ki, həmkarının vəfatı sənət aləmində böyük itkidir:
“O, xor bilirdi. O, mahnı, dramaturgiya, romans, rok, estrada, kontata, tərz, rəqs, aparıcılıq, quruluş, teatr, sinif, kafedra bilirdi. Rəhim bircə onu bilmirdi: Özünə «rəhm» etməyi bilmirdi. Axı o, sənət fədaisi idi? Tərkidünya olmuşdu sənətinin qanadında. Özünə yer tapa bilməyənlər növbəsində dayanaraq, növbədənkənar rəhhmətini tapdı torpağının ağuşunda.
Sənətə bir də, Rəhim kimisi gələcəkmi? Ağlamağın yeri var, ağlayın”.