Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan 17 ümumtəhsil məktəbində “Diferensial tədris” layihəsinin tətbiqinə başlanıb. Artıq layihə üzrə ilkin fəaliyyətlər uğurla həyata keçirilir.
Layihənin məqsədi – IV, VI və IX sinif şagirdlərində:
— Oxu və riyazi savadlılığın artırılması
— Təlim nəticələrinin yüksəldilməsi
— Fərdi yanaşmanın tətbiqinin təmin edilməsi
— Zəif nəticə göstərən şagirdlərin faizinin aşağı endirilməsi
Layihə çərçivəsində planlaşdırılan fəaliyyətlər:
— Dərs ilinin əvvəlində mərkəzləşdirilmiş diaqnostik qiymətləndirmənin aparılması
— Nəticələrin təhlili və şagirdlərin təlim ehtiyaclarına uyğun səviyyədə dərslərin keçirilməsi
— Perspektiv planlamanın diferensiallaşdırılması
— Monitorinqlərin keçirilməsi
— Dərsdinləmələrin aparılması
— Müəllimlərə metodik dəstəyin göstərilməsi
Layihənin icrasına AXRTİ-nin Tədrisin keyfiyyəti sektoru, məktəb rəhbərləri, müəllimlər, metodistlər cəlb edilmişdir. Hədəf hər bir şagirdin fərdi öyrənmə tərzini dəstəkləməklə tədrisin keyfiyyətini yüksəltmək və qarşıya qoyulan hədəflərə çatmaqdır.
Qeyd edək ki, layihə ilk dəfə olaraq region üzrə 17 məktəbdə mərkəzləşmiş qaydada həyata keçirilir.