Abşeron-Xızı Regional Təhsil İdarəsində müsabiqə qalibləri ilə görüş keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsində müsabiqə qalibləri ilə görüş keçirilib
Tarix : Oxunma : Yorum Yaz

Abşeron-Xızı Regional Təhsil İdarəsinin (AXRTİ) müdiri İlhamə Abdullayeva 11 dekabr 2025-ci il tarixində müxtəlif istiqamətlərdə yüksək nailiyyətlər əldə etmiş şagirdlərlə görüş keçirib.

Görüşdə iştirak edən qaliblər və finalçılar aşağıdakı müsabiqələrdə uğur qazanıblar:

Məktəblilərarası Milli Hakaton – final mərhələsinə vəsiqə qazananlar və mükafatçılar

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO 2025) – gümüş medal sahibi

“Kubok TRİZ 2025” beynəlxalq innovasiya və ixtiraçılıq müsabiqəsinin qalibləri

Görüş zamanı İlhamə Abdullayeva şagirdləri təbrik edərək onların elmə, yaradıcılığa və innovativ düşüncəyə göstərdikləri marağı yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.

Şagirdlər isə çıxışlarında layihələri, iştirak prosesi və əldə etdikləri təcrübələr barədə ətraflı məlumat verərək, qazandıqları uğurların onlar üçün yeni motivasiya mənbəyi olduğunu bildiriblər.

İlk yorumu siz yazın