
Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə diaqnostik qiymətləndirmə təşkil olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə diaqnostik qiymətləndirmə keçirilib.
Qiymətləndirmənin məqsədi rəhbər heyətin pedaqoji və idarəetmə bilik və bacarıqlarının qiymətləndirilməsi, mövcud ehtiyacların müəyyən olunması və inkişaf istiqamətlərinin dəqiqləşdirilməsindən ibarət olub.

















