Hər bir uşaq – qorunmağa, sevilməyə və dinlənilməyə layiqdir.
Hər il olduğu kimi bu il də “Uşaq hüquqları haqqında” Konvensiyanın (UHK) qəbul edilməsinin ildönümü ərəfəsində oktyabrın 20-dən noyabrın 20-dək ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilib və hazırda davam edir.
20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən Uşaq hüquqları aylığı çərçivəsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində uşaqların iştirakı ilə müxtəlif tədbirlər və maarifləndirici fəaliyyətlər keçirilir.