Xızı rayonu üzrə təhsil müəssisələrində tədrisin keyfiyyətinin və şagird nailiyyətlərinin artırılması, buraxılış imtahanları, müxtəlif olimpiada və müsabiqələr üzrə nəticələrin yaxşılaşdırılması məqsədilə Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən «Uğur körpüsü» layihəsi həyata keçirilir.
Layihə çərçivəsində Sumqayıt şəhəri üzrə nümunəvi ümumi təhsil müəssisələri ilə Xızı rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi üçün qabaqcıl pedaqoji heyətinin təcrübəsinin Xızı məktəblərində tətbiqinə başlanılıb.
Təcrübə mübadiləsində Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya, Texniki və təbiət elmləri liseyi və 23 nömrəli tam orta məktəbin rəhbərləri və pedaqoji heyəti iştirak edirlər.