Aktrisa Pərvin Abıyeva filmə çəkilmək üçün istədiyi qonorarı açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda «İncə səhər» verilişində danışıb. O bildirib ki, yüksək qonorar istəyir:
«Təxmini 20 min manat istəyirəm. Əgər 10 günlük çəkilişdirsə… Çox deyil, bunu 5 minə etmək istəyən var. Sponsor, pul olsa da qonorar vermək istəmirlər. Bunu bizim aktyor və aktrisalar edir. Deyirlər ki, Pərvin olmasın, başqasına az verəcəyəm çəkiləcək».
Pərvin evindən edilən oğurluqdan danışıb:
«100 mindən çox pulum oğurlanıb. Bu, bir neçə dəfəyə edilib. Hissə-hissə götürüb. Bilmirdim, düşünürdüm ki, pul yerindədir. Bilirəm kimdir, amma üzüm gəlmir deməyə. Qardaşımın təhsili üçün yığmışdım, illərdir topladığım məbləğ getdi. İllərlə yaxınlığım olan idi, sübut edə bilmədim».