«Əvvəl ailədə sevgi, hörmət var idi. Ailəni də o qoruyurdu. İndi sevgi də, hörmət də azalıb».
Axşam.az xəbər verir ki, bu sözləri şair Cığatel İsaqızı «Həmin Zaur» verilişində deyib. İndiki ailələrin tez dağılmasından danışan şair buna səbəb sevgi azlığının olduğunu bildirib.
Həyat yoldaşından söz açan C.İsaqızı «Həyat yoldaşımı çox sevmişəm» sözlərini əlavə edib.