«Ülviyyə yaxşı övladdır. Sakit, yerini bilən, heç kimlə işi olmayan biridir. Yaxşı uşaqlıq keçirib. Həmişə əlində mikrofon oxuyurdu. Onun bir dərtləşdiyi mənəm. Ülviyyənin aktrisa olmasını arzulamamışıq. Bu sahəyə gəlməsinə məndən başqa hamı narazı olub. Yoldaşım etiraz edirdi. Çox əzab-əziyyətimiz olub. Zülmlə işə gedib-gəlirdi».
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəylinin anası Rəsmiyyə Xəlilbəyli «O üz» verilişində deyib. O, qızının aktrisalıq fəaliyyətindən danışıb:
«O qədər söz-söhbətlər danışırdılar ki… İnsan haqqında olmayanları danışırlar. Ülviyyə bizim başımızı aşağı salan nəsə etməyib. Yuxusuz gecələrim olub. Ülviyyədən çox mən əziyyət çəkmişəm ki, Ülviyyə haqqında niyə bunu danışırlar? Ona çox böyük haqsızlıqlar olub».
R.Xəlilbəyli qızının ailə həyatından danışarkən göz yaşlarını saxlaya bilməyib:
«O, ailə quranda çox əziyyət çəkdim. Ona səbr diləmişəm. Hər gün yaxşı olmaq diləyi ilə oyanırdım. Deyirdim, bu gün keçər, sabah yaxşı olar. Nə qədər canımızda can var atası da, mən də, bacısı da, qardaşı da ona dayağıq».
Qeyd edək ki, Ülviyyə aktyor Murad İsmayılla ailə qurub və bir müddət əvvəl boşanıb. Onun bu nikahdan iki övladı var.