Aparıcı Elgiz Əkbər «Elgizlə izlə» proqramına qonaq olan müğənni Lətifə Soyuözə təəccüblənib.
Axşam.az xəbər verir ki, o, ifaçının çəki atmasından söz açıb və onu tanımadığını deyib:
«Lətifəni tanımadım. Dedilər ki, Lətifə gəlib, inanmadım. Qız elə bil ilan boğazından çıxıb. Cenifer Lopes sənin yanında istirahət edir».
Lətifə isə ciddi pəhriz saxlayaraq, bu çəkiyə nail olduğunu deyib:
«9 aya yaxındır ki, pəhrizdəyəm. Pəhrizlə arıqlamayanların nəticəsini gördüm. Hamısı yenidən kökəlirdi. Ona görə də sağlam qidalanmaq lazımdır».
Qeyd edək ki, sənətçi bir müddət əvvəl 30 kiloqram arıqladığını açıqlamışdı.