Xalq artisti Faiq Ağayev dostu, həmkarı Aygün Kazımova ilə heç vaxt duet oxumamalarının səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, müğənni bu haqda «Özəl» verilişində danışıb. O bildirib ki, ölkənin əsas ulduzu ilə illərdir dost olsalar da, birlikdə heç bir işbirlikləri olmayıb:
«Bu, iradla razıyam. Bu, boş buraxdığımız mövzudur. Duet oxuyacağımız mahnı olmayıb. Aygün duet baxımından doludur. Mənim isə az duet ortağım olub. Buradan müraciət edirəm: Aygün, bunu düşünməliyik. 16 yaşımızdan dostuq. 35 il keçib və bu illər ərzində münasibətimiz müxtəlif mərhələlərə keçib».