«Dahi sənətkarlardan sonra sənətə biz gəlmişik. Onlar isə bizə heç zaman mane olmadılar. Əksinə, bizə yol göstərib, əlimizdən tutub, kömək etdilər. İstedadları varsa və bu xalqın həqiqətən də rəğbətlərini qazanıblarsa, onlar ömür boyu yaşayacaqlar, musiqi tarixinə düşəcəklər».
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva «Maqazin plus» verilişində deyib. Müğənni gənc ifaçılara dəstəkdən danışıb. O bildirib ki, yeni ifaçıların toya baha qonorara getməsi onu narahat etmir:
«Zamanla biz də toylara yüksək məbləğə getmişik. İndi biz deyək ki, niyə onlara o yüksək qonorarı verirlər? Bəs, biz qazananda, bizə o yüksək məbləği xərcləyəndə olurdu? İndi başqaları üçün narahat olaq?».
Allahverdiyeva toydan qazandığı pullardan danışıb:
«Toylarda aldığım qonorardan əlavə əllərim pul ilə dolu olurdu. Məni toya aparmaq üçün insanlar günləri və vaxtları dəyişirdilər. Bu, özündən razılıq olmasın. Dəstə-dəstə dollar verirdilər. Bu, onların sənətimə və mənə olan hörməti, sevgisi idi. O sevgini isə mən bu gün də görürəm. Söhbət puldan getmir. Pul az ola bilər, amma insanların mənə olan sevgisi bitmir. Pul xərclənib gedib, amma insanların sevgisini qazanmaq çox çətindir. Bir toydan aldığım qonorar 7000-15000 arasında olub».