Xalq artisti Mələkxanım Eyubova uzun müddətdir sənətdən uzaqlaşan bacısı oğlu Mirkamil Kamilovla bağlı suala əsəbiləşib.
Axşam.az xəbər verir ki, xanəndə «Sözbaz» proqramına müsahibə verib. Çəkiliş zamanı ona Mirkamillə bağlı sual ünvanlanıb.
Eyubova isə müsahibəni yarımçıq saxlayaraq, onun haqqında danışmaq istəməyib.
Qeyd edək ki, Mirkamil uzun müddət əvvəl sənətdən gedib və telefonlara cavab vermir. Sənətçi 2018-2019-cu illərdə sosial şəbəkədəki qəribə paylaşımları ilə gündəmə gəlmişdi. Mirkamil hətta açıqlamalarından birində narkotikə qurşandığını demişdi. Mirkamil eyni zamanda müğənni-bəstəkar Ramal İsrafilovun bibisi oğludur.