Müğənni Nadir Qafarzadə Əməkdar artist Elza Seyidcahanın «Qadının borcudur ki, ərinin xəyanətini bağışlasın» açıqlamasına münasibət bildirib.
OLAY yazır ki, N. Qafarzadə «show_news» instaqram hesabına rəy yazaraq Azərbaycanda əksər bəylərin xanımlarına xəyanət etdiyini vurğulayıb:
«Əgər xəyanət üstündə boşanmalar olsa, onda gərək Azərbaycanda 80-90 faiz ailələr dağılsın. Xəyanət hər dövrdə olub. Dünən olub, bu gün var, sabah da olacaq. Biz istəsək və istəməsək də… Yazılmamış qanun».