Azərbaycanın Əməkdar artisti, xanəndə, müğənni İlkin Əhmədov Məleykə Əsədovaya xəyalında elçi düşüb.
Sfera.az xəbər verir ki, xanəndə özu bu barədə ARB televiziyasınin efirində məlumat verib.
O bildirib ki, 5-ci sinifdə oxuyarkən aktrisa Məleykə Əsədovanın «İtkin gəlin» serialında canlandırdığı “Əfsanə” obrazına vurulub. Uşaq vaxtı imkanlı şəxs olduğunu, evi, maşını olduğunu xəyal edən müğənni Məleykə Əsədovaya elçi gedib, hətta onu özünə həyat yoldaşı da edib.