Qərbi Kaspi Universiteti və Times Higher Education təşkilatının birgə təşkilatçılığı ilə beynəlxalq təhsil forumu keçirilib

Qərbi Kaspi Universiteti və Times Higher Education təşkilatının birgə təşkilatçılığı ilə beynəlxalq təhsil forumu keçirilib
Tarix : Oxunma : Yorum Yaz
Qərbi Kaspi Universiteti və dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education təşkilatının birgə təşkilatçılığı ilə beynəlxalq təhsil forumu keçirilib.
“Davamlı gələcək üçün tərəfdaşlar” mövzusuna həsr olunan forumda ABŞ, Almaniya, Britaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Portuqaliya, Pakistan, Malaziya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və s. ölkələrdən tədqiqatçı, professor, ekspertlər fiziki və onlayn rejimdə iştirak ediblər.
Qərbi Kaspi Universitetinin Təhsildə keyfiyyətin təminatı müdiri Wonda Grobbelaar, professor Hüseyn Bağırov, Kanadanın Vaterloo Universitetinin sabiq prezidenti Firudun Həmdullahpur, Azərbaycan Respublikası təhsil nazirinin müşaviri Nicat Məmmədli, «Coursera» şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Andy Poole, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vafa Kazdal, Daşkənd İNHA Universitetinin rektoru, Nazarbayev Universitetinin elmi işlər üzrə prorektoru Loretta O’donnell, Pakistanın Mərkəzi Pəncab Universitetinin Keyfiyyətin Təminatı Departamentinin müdiri Meher Janeen Agha, Qərbi Kaspi Universitetinin prorektoru Kəklik Gözəlovanın və digərlərinin çıxışlarında təhsilin qarşısında dayanan yeni çağırışlar, təhsil və texnologiyalar, onlayn təhsilin artan əhəmiyyəti, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn çağırışlar, risklər və onların həll yolları nəzərdən keçirilib.
Məruzəçilər eyni zamanda iştirakçıları maraqlandıran sualları cavablandırıblar.











İlk yorumu siz yazın