Türkiyəli müğənni Özcan Dənizin təxirə düşən Bakı konsertinin yeni vaxtı açıqlanıb.
Bakı Konqres Mərkəzində planlaşdırılan konsert oktyabrın 25-də keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl tədbir sentyabrın 16-da planlaşdırılmışdı. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olub. Buna görə də tədbir təxirə salınmışdı.