«Mən heç müğənni olmaq istəmirdim».
Bu sözləri Xalq artisti Faiq Ağayev «Özəl» verilişinə qonaq olarkən deyib.
İfaçının əsl istəyi başqa imiş:
«Diktor olmaq, xəbərlər oxumaq istəyirdim. «Sən gəlməz oldun» klipimdə televiziya aparıcısını canlandırıb, içimdəki o arzunu az da olsa, yaşamış oldum», — deyə F. Ağayev vurğulayıb.