Daha bir reytinq təşkilatı öz hesabatını təqdim edib. Məlumatlarını analitik-informasiya sahəsində qlobal liderlərdən olan CLARIVATE ANALYTICSCS məlumat bazasından alan “Round University Ranking” 2022-ci ilin nəticələrini açıqlayıb.
Builki reytinqdə dünya universitetlərindən 1150-i daxil edilib. Qərbi Kaspi Universiteti təhsilin keyfiyyəti göstəricisinə görə ölkə üzrə 1-ci, dünya üzrə isə ilk 500-lükdə qərarlaşıb.