Hindistanda fermalardan birində keçinin qeyri-adi oğlaq dünyaya gətirməsi bütün kənd sakinlərinin marağına səbəb olub.
Fotoşəkillərdən görünür ki, yeni doğulmuş oğlaqın quyruğu yoxdur, o, tamamilə tüksüzdür, qulaqları isə ciddi şəkildə deformasiyaya uğrayıb. Fermerin sözlərinə görə, kəndlilər insan balasına oxşayan oğlağa baxmaq üçün onun yanına gəlməyə başlayıblar.
Fermer qeyd edib ki, bu keçinin ikinci balasıdır. Amma sağ doğulan keçi balası bir müddət sonra ölüb.
Yerli inanclara görə, çirkin bir heyvanın doğulması bədbəxtlik gətirə biləcək pis əlamətdir.
Yerli baytar izah edib ki, fetal malformasiyaya Rift Vadisi qızdırması səbəb olur, lakin genetik mutasiyanın başqa səbəbləri də ola bilər.