«Yazırlar ki, gəlini keçmişdə qalıb»: Nazilə Səfərli od püskürdü

«Yazırlar ki, gəlini keçmişdə qalıb»: Nazilə Səfərli od püskürdü
Tarix : Oxunma : Yorum Yaz

Gəlininə ötən gün xınayaxdı mərasimi edən şairə Nazilə Səfərli od püskürüb.

Teleqraf.com-a istinadən bildirir ki, buna səbəb Nazilə Səfərlinin gəlininin sosial şəbəkələrdə tənqid edilməsi olub:

«Ötən gün gəlinimin xınayaxdı mərasimi oldu. Xeyir-dualarınız həddindən artıq çox idi. Özünüz də görürsünüz ki, səhifəmdə xeyir işdən görüntü paylaşmamışam. Çünki övladlarım media adamları deyillər. Onlar mənin sayəmdə məşhurlaşmaq və gündəmə gəlmək istəmirlər. Bizim məclisə gələn qonaqlar, müğənnilər paylaşım ediblər. Şərh bölümünə yazırlar ki, gəlinin üzərində pul var, gəlin keçmişdə qalıb. Biri yazır ki, görməmişlik edir. Bəli biz beləyik, keçmişdə qalmışıq. Siz gələcəyə çimərlik geyimi ilə gedin. Mənim gəlinimi və oğlumun görüntüsünü paylaşmağı sizdən kim xahiş edib? Paylaşmayın! Mənim ailəmin tədbiridir. İndidən deyirəm ki, mənim toyumdan reklam tutmaq istəyən gəlməsin. Mən kimsənin haqqını yemirəm. Dəvət etdiyim hər kəsə hörmət etməyə çalışıram. Mənim gəlinim, oğlumun və qonaqların, onların ailərinin nə günahı var ki, TikTokdadırlar. Sizi sayıb ailəmin içinə buraxmışıq, gəlib paparazzilik edirlər. Niyə camaatın ailəsinə qanqaraçılıq salırsınız?! Gəlininin başına pul, əlinə qızıl taxarlar və pul verərlər. Kimsə artıq-əskik yazmasın. Bunun bədbəxti, uğursuzu var. Hamı xoşbəxt deyil. Xoşbəxt olmayan niyə mənə xeyir-dua versin?!Adam onsuz da bədbəxtdir. Ona görə xahiş edirəm camaatı üstümə qaldırmayın. Bu mənim ailənin toyudur. İstəyərəm gəlinim üstünə pul taxaram, istəyərəm Havay adalarına bal ayına göndərərəm. Sizi nə yandırır? Çox xahiş edirəm ki, bizim evə qanqaraçılıq salmayın».

Qeyd edək ki, şairənin oğlu Nurlanın mayın 9-da məkanların birində toy mərasimi olacaq.

İlk yorumu siz yazın