Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev aktrisa Pərvin Abıyevaya mənzil hədiyyə etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, icra başçısı açıqlamasında bu iddianın əsassız olduğunu söyləyib.
“Mən həyatda Pərvin Abıyevanı heç vaxt görməmişəm, onunla heç bir əlaqəm olmayıb. Sadəcə soyad uyğunluğumuz var. Onunla heç bir tanışlığımız, qohumluğumuz da yoxdur. Bu yalan, şər və böhtandır, qərəzli şayiədir. Əgər üzr istəyib təkzib verilməzsə, bu yazını yazanı da təzə media qanunları ilə məhkəməyə verəcəm”, — deyə Ə.Abıyev vurğulayıb.