Mehriban Əliyevadan Əlibaba Məmmədovla bağlı paylaşım

Mehriban Əliyevadan Əlibaba Məmmədovla bağlı paylaşım
Tarix : Oxunma : Yorum Yaz

Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun vəfat etməsi ilə bağlı başsağlığı verib.

Axşam.az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində edilən paylaşımda bunlar qeyd edilib:

«Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin».

İlk yorumu siz yazın