Abşeron-Xıız Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt şəhər 38 nömrəli tam orta ümumtəhsil məktəbin 7c sinif şagirdi Əliyev Davud «18 oktyabr Dövlət Müstəqilliyi Günü»nə həsr olunmuş cüdo üzrə yarışda 2012-2013-cü il təvəllüdlü oğlanlar arasında 55 kq çəki dərəcəsində qalib olduğuna görə 2 nömrəl Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəhbərliyi tərəfindən I (birinci) Yer Diplomuna layiq görülüb.
Məktəbin 4b sinif şagirdi Kamilə Ağayeva isə Bakı şəhərində keçirilən ”Payız möcüzələri” rəqs yarışmasında I Yer tutduğuna görə təltif edilib. Sumqayıt şəhər 38 nömrəli məktəbin direktoru vəzifəsini icra edən Gülbahar Haqverdiyeva hər iki şagirdlə görüşüb və kollektiv adından təbrik edib.