“8 martda məni quru sözlə təbrik etməyin“ — Nura Suri

“8 martda məni quru sözlə təbrik etməyin“ — Nura Suri
Tarix : Oxunma : Yorum Yaz

«Qarşıdan gələn 8 Mart və Novruz bayramı münasibəti ilə məni heç bir ümumi təbriklərə, şəkillərə işarə etməyin».
Bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi bayramlarda yazılan şablon ismarıclara üsyan edib:
“WhatsApp”da hamıya yazdığınız təbriklərdən göndərməyin. 8 Mart günü qadınlar biri-birilərinə təbrik mesajları yazmasın. Kişilər isə 1 dəstə gül belə qıymırsa, adi mesajla şəxsən məni təbrik etməsin. Heç kəsdən inciməyəcəm. Spam mesajları özünüzə saxlayın, xonça şəkillərini də. Anlayış üçün təşəkkür”.

İlk yorumu siz yazın