Müğənni Damla hazırda ABŞ-də təhsil alan oğlunu 10 aydır görə bilmir.
Axşam.az xəbər verir ki, buna səbəb ifaçının Amerika vizasının ləğv olunmasıdır. Bu haqda Damla «Günə bax» verilişində danışıb. O, ABŞ-yə getmə qadağasının səbəbini açıqlayıb:
«Amerikada yaşayan həmyerlilərimiz biləndəki oğlum orada universitetə qəbul olub fikirləşiblər ki, mənim də vizam var və orada Novruz bayramı ərəfəsində konsert verim. Sənədlərimi hazırladım və müsbət cavab gəldi. Dedilər ki, 3 gün gözləyin. Həmin ərəfədə təşkilatçılar afişa hazırladılar. Xəbərim olmadan bilet satışı başlayıblar. Heç nəyin üstündə səfirlikdən zəng gəldi. Gedəndə səfir konsert afişasını göstərdi ki, bizi aldadırsınız, konsert verməyə gedirsiniz. And içdim ki, övladımın yanına gedirəm. Necə olub onlara göndərilib, bilmirəm. Günah qazanır və bir ananın ahını alır. Oğlumla hər dəfə danışanda kövrəlirəm».
Damla əlavə edib ki, növbəti viza müraciəti də uğursuz alınıb:
«Yenə imtina gəldi. Səfir xanımla üz-üzə dayanmışıq. Pasportu qaytaranda beynim dondu. İzah edə bilmədim ki, uşağım üçün darıxıram».